Yuxarı

Bu günün hava proqnozu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu günün hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı, 755 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 26-da havanın gün ərzində əsasən yağmursuz olacağı, lakin bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tarix
2014.06.26 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü

Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan

Paşinyandan “Tramp yolu” açıqlaması: 99 il...

İlk ürək transplantasiyası belə baş tutdu - Cərrah

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla