Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2019


Xorvatiya prezidenti səfirimizi təltif etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” ilə təltif edib.

Axar.az xəbər verir ki, “Lent ilə olan Knyaz Branimir Ordeninin” təqdim edilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb. Prezident Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidentini yaxın zamanlarda Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Kamil Xasiyev Prezident İlham Əliyevin və Prezident Kolinda Qrabar-Kitaroviçin qarşılıqlı fəaliyyətlərinin, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin və səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini bildirib.

Qeyd edək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən Knyaz Branimirin şərəfinə olan orden 1995-ci il aprelin 1-də təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.

Tarix
2017.11.01 / 15:11
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

İmişlidə dəhşətli qəza: ölü və yaralılar var

MN-in şəxsi heyəti Şəhidlər xiyabanında - Foto

Sabahın hava proqnozu açıqlandı

Sükut dəqiqəsi - Foto

Azərbaycanlı kapitanın meyiti tapıldı: xilasedici qayıqda imiş...

İlham Əliyev və xanımı Şəhidlər xiyabanında - Foto

Xalq şəhidlərinin xatirəsini ehtiramla yad edir - Foto

Haşımova dəhşətli gecədən danışdı: Evimizə atəş açıldı

Xalqın qarşısında mühüm vəzifələr durur - Qurbanlı

Azərbaycanda zəlzələ oldu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla