
Madriddə "NATO-ya yox" mitinqi keçirildi
22:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüləri və bir nəfər sərnişini qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Həmçinin xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Tarix
2014.06.26 / 09:15
|
Müəllif
Axar.az
|