Yuxarı

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsell Telekom” və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsi böyük həyəcanla başa çatıb.

Axar.az xəbər verir ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Beləliklə, 50-dən artıq gənc proqramçının və 16 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli oldu:

1-ci yerin sahibi – “Crocusoft” komandası “Coupay” layihəsi ilə 1500 azn dəyərində hədiyyə qazandı. Layihə alış-veriş zamanı yığılan bonus məbləğlərini mobil telefon vasitəsilə istifadə etməyə imkan verir.

2-ci yerin sahibi – “Conexus” komandası “Nova wallet” layihəsi ilə 750 azn dəyərində hədiyyə qazandı. Bu layihə bitcoin və valyutaları dəstəkləyən elektron pul qabıdır.

3-cü yerin sahibi - "Meraki" komandası “Handy App” layihəsi ilə 450 azn dəyərində hədiyyə qazandı. Həmin layihə isə qrup şəklində insanlar arasında kartdan-karta pul köçürülməsi əməliyyatlarının həyata keçirmək funksiyasını özündə cəmləmiş bir proqramdan ibarətdir.​

Onu da qeyd edək ki, tədbirin Media dəstəyi Barama Media və technote.az saytı tərəfindən təmin edilmişdi.

“Azərsell Telekom”un Barama İnnovasiya Mərkəzi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə dəstək verəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.11.02 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla