Yuxarı

Bakıda ağır yol qəzası: 1 ölü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ağır yol qəzası: 1 ölü - Foto

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gecə Bakı şəhəri, Suraxanı rayonunda 90 NL 376 dövlət nömrə nişanlı "Daewoo" və 10 RS 553 dövlət nömrə nişanlı "BMW" markalı 2 minik avtomobili toqquşub. Sonradan "BMW" alışıb.

Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində keçinib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 03:20-də başa çatıb (Foto APA-nındır).

Tarix
2013.11.23 / 08:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla