Yuxarı

Deputat Misir rəsmiləri ilə Qarabağdan danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Misir Milli Qadın Şurasının prezidenti, nazir Maya Morsi başda olmaqla, Misir qadın millət vəkilləri, Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının Misir üzrə rəhbəri Omnia Fahmi və təşkilatın rəsmiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycanın bütün istiqamətlərdə Misirlə əməkdaşlığın inkişafına önəm verməsindən danışıb. O, müzakirələr zamanı misirli nümayəndələrə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Q.Paşayeva görüş zamanı Misir nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, rəsmi İrəvanın onların öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə məlumatlar verib.

İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri Azərbaycanla Misir arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inamını vurğulayıblar.

Sonda millət vəkili nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.

Tarix
2017.11.03 / 13:37
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla