Yuxarı

Dağıstan rəhbəri təlimat verdi: Rusiya-Azərbaycan sərhədi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" sərhəd-buraxılış məntəqəsində yaranmış vəziyyəti araşdırmaq, avtomobillərinin gecikməsində günahkarları müəyyən etmək və Azərbaycanla sərhəddə nəqliyyat vasitələrinin standart keçidini təmin etmək ilə bağlı təlimat verib.

Report xəbər verir ki, adıçəkilən sərhəd-buraxılış məntəqəsində yük avtomobillərin sürücüləri fitosanitar və gömrük xidmətlərinin qanunsuz pul toplanması və nəticədə sərhəddə avtomobillərdən ibarət bir neçə kilometrlik növbə yaranması ilə bağlı etiraz aksiyası keçirirlər.

Gömrük işçiləri sürücülərdən yığılan vəsaitlərin tam qanunauyğun şəkildə olduğunu bildirir, amma yük avtomobillərinin sürücüləri ödəniş qarşılığında heç bir çek və ya qəbz verilmədiyini bildirirlər.

Vəziyyəti aydınlaşdırmaq üçün "Yaraq-Qazmalar" sərhəd-keçid məntəqəsinə Moskvadan komissiya göndərilib.

Dağıstan Gömrük Xidmətinin rəis müavini Hacımurad Şamxalov dağıstanlı sürücüləri təhqir edən əməkdaşın artıq işdən azad olunduğunu açıqlayıb.

Tarix
2017.11.07 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla