Yuxarı

Azərbaycan yeni PUA-ların istehsalına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Yüksək Texnologiyalar Parkında çox qısa müddətdə cavan və təcrübəli komanda toplaşıb. Pilotsuz uçuş aparatlarının istehsalı prosesi sürətlə davam edir və artıq yekunlaşma mərhələsindədir. Sınaqlar müvəffəqiyyətlə həyata keçirilib.

Bunu APA-ya açıqlamasında AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vüqar Babayev deyib.

V. Babayev qeyd edib ki, AMEA Yüksək Texnologiyalar Parkında 6 növ yeni pilotsuz uçuş aparatı (PUA) istehsal edilir: "Bunlardan 5 növü multirotor və 1-i təyyarə tipli PUA-dır. İstehsal edilən PUA-ların bir neçə sahədə tətbiqi nəzərdə tutulub. PUA-lardan kənd təsərrüfatında suvarma və dərmanlamada, ekoloji monitorinq, meşəsalmada, aerofoto çəkilişlərində və xəritəçəkmədə - üçölçülü xəritələrin hazırlanmasında istifadə olunacaq".

PUA-lardan müasir dövrdə demək olar ki, bütün sahələrdə istifadə olunduğunu deyən direktorun sözlərinə görə, AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan PUA-lar əsasən mülki və hərbi xarakter daşıyır: "Buna nümunə olaraq təcili yardım, poçt xidmətləri, FHN (axtarış-xilasetmə, yanğın), aerofotoçəkiliş və s. göstərmək olar. Ümumiyyətlə, istehlakın tələbinə uyğun olaraq PUA-ların modifikasiya edilməsi və uyğun avadanlıqların sistemə inteqrasiyası mümkündür".

PUA-ların parametrlərini açıqlayan V. Babayev bildirib ki, parametrlər hər modelə görə dəyişir: "Təxmini parametrlər bu aralıqlarda dəyişir: Uçuş vaxtı 30 dəqiqəyə qədər, yük götürmə qabiliyyəti 0-5 kq arasında dəyişir, sürət rejimləri 35 km/saat-a qədər".

O, PUA-lara hələlik rəsmi adların verilmədiyini bildirib.

Artıq bir neçə dövlət qurumundan sifarişlər aldıqlarını qeyd edən V. Babayev SOCAR-la danışıqlar aparıldığını, onların tələbləri nəzərə alınaraq PUA-lar hazırlandığını deyib: "Hazırda SOCAR-la birlikdə sınaq uçuşları həyata keçirilir. Qısa müddətdə təqdimat keçiriləcək".

Baş direktor texnoparkda gözlənilən yeniliklərdən də danışıb: "AMEA Yüksək Texnologiyalar Parkının yaranmasından qısa müddət keçməsinə baxmayaraq, bir neçə sahədə uğurlara nail olmuşuq. Artıq texnoparkın ərazisində 7 rezidentimiz fəaliyyət göstərir. Bir neçə xarici şirkət və yerli dövlət qurumları ilə birgə layihələrin icrasına başlanılıb. AMEA Yüksək Texnologiyalar Parkı dünyanın öndə gedən texnoparkları ilə sıx əməkdaşlıq edərək, Azərbaycanda elm və biznesin bir araya gətirilməsinə təkan verir".

Tarix
2017.11.08 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla