Yuxarı

Nazirlik döyüş bayraqlarını təqdim etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqlarının təqdim olunması mərasimi keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra dövlət himni ifa edilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov mərasim iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş bayraqları ilə bağlı müvafiq təqdimatı şəxsi heyətə çatdırılıb.

Əlamətdar gün münasibəti ilə şəxsi heyəti təbrik edən general-leytenant N.Osmanov Müdafiə nazirinin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisləri döyüş bayraqlarını təhvil alıblar.

Təntənəli keçidlə döyüş bayraqları sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.

Tarix
2017.11.09 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla