Yuxarı

Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatic Observer” jurnalının 2017-ci il noyabr sayında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. Yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.

Axar.az xəbər verir ki, məqalədə Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti təhlil edən müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Artıq diplomatik üstünlük bizim tərəfdədir” sözlərinə yer verərək Sərkisyan ilə Cenevrə görüşündə Ermənistanın heç bir şərt irəli sürmədən 16 ay sonra danışıqlar masasına oturmasının çox önəmli olduğunu qeyd edib. Məqalədə həmçinin Minsk Qrupunun yürütdüyü siyasət nəticəsində hələ də Azərbaycan ərazilərinin işğal altında qaldığı, 1 milyon azərbaycanlının hələ də qaçqın həyatı yaşadığı halda Qarabağa ermənilərin yerləşdirilərək demoqrafik vəziyyəti dəyişdirməyə cəhd göstərildiyi vurğulanır.

Azərbaycan-Türkiyə münasibətlərindən bəhs edən müəllif hər iki ölkə ictimaiyyətinin də bir-birini çox yaxşı anladığını bildirir. Yazıda Azərbaycanın Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” komandasının azarkeşləri ilə bağlı Mövlud Tezel adlı türk jurnalistin “Sabah” qəzetindəki yazısı da sərt tənqid olunub.

Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə siyasətini yürütdüyünü söyləyən A.G.Babiş Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT Təhlükəsizlik Şurası ilə bağlı dediyi “Dünya beşdən böyükdür” sözlərini Minsk Qrupuna şamil edərək, “Qarabağ Minsk Qrupundan böyükdür” yazır: “Azərbaycan münaqişənin həllinə dair danışıqları, Ermənistan isə təcavüzkar siyasətini davam etdirməkdədir”. Müəllif hesab edir ki, Qarabağ münaqişəsinin həlli passivliyi göz önündə olan Minsk Qrupuna həvalə edilməməli və ya Minsk Qrupunun struktru dəyişdirilməlidir.

Tarix
2017.11.10 / 14:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

Azərbaycanda su qıtlığı problemi... - BCG

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla