Yuxarı

Aparıcı Zirəddini verilişindən qovdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Birinci" kanalında yayımlanan “Kişi/Qadın” şousuna dəvət olunan azərbaycanlı ekstrasens Zirəddin Rzayev fırıldaqçıların insanları necə aldatdıqları, özlərini ekstrasens kimi təqdim etdikləri barədə müzakirədə iştirak edib.

Axar.az xəbər verir ki, şounun aparıcısı Aleksandr Qordon tərəfindən qovulan həmyerlimiz bununla bağlı Yutubda video yerləşdirib.

“8 noyabrda mən “Kişi/Qadın” proqramına dəvət olunmuşdum və orda xoşagəlməz hadisə baş verdi. Təsəvvür etməzdim ki, ictimai bir adam özünü bu cür apara bilər. Əlbəttə ki, mən Konstantin Ernsti, “Birinci” kanalı çox sevirəm. Konstantin Ernst yüksək təhsilli alimdir, intellektual şəxsdir. Ancaq Qordon barədə mən şokdaydım. Onlar məni dəvət etdilər və təəccüblüsü odur ki, heç nəyin üstündə məni oradan qovdular. Qordon mənimlə diskussiya apara bilmədi, o mənimlə danışa bilmədi, onun sadəcə buna intellekti yetmədi. O, məni psixopat olmaqda ittiham etdi. O zaman cavab verdim ki, psixopat o şəxsdir ki, hər kəsin önündə "uşaq meydançasında it görsəm, ona atəş açacam" deyir. Mən ona cavab verdim ki, psixopat bu cür şeylər barədə danışan sizsiniz”, - Rzayev bildirib.

Azərbaycanlı ekstrasens Qordonu bu addımına görə sərt ittiham edib:

“Qordon məni studiyadan qovdu. Əgər insanlar zəif tərəflərini göstərirsə, bu o deməkdir ki, onlar zəifdirlər. O, məni studiyadan qovanda özünün vacib adam olduğunu göstərib, məni alçaltmaq istədi. Əslində isə o özünü alçaltdı. Sizə belə bir ifadəni xatırlatmaq istərdim: “Hörmət edib-etməmək sənin şəxsi işindir, adamlara hörmətlə yanaşmaq – bu isə artıq tərbiyədir”. Bu dövlət televiziyasıdır, şəxsi televiziya deyil. Hələ də başa düşmürəm ki, məni niyə çağırmışdılar və niyə oradan qovdular. Siz buna öyrəşmisiniz. Düşünürəm ki, aparıcı sakit, sərbəst olmalı, tərəf tutmamalıdır. Budur, mən Vladimir Putini çox sevirəm. Onun çoxlu itləri var və onların hamısına adekvat yanaşır. Siz məni elə mühakimə edirsiniz, sanki məhkəmədəyik. Amma sübutsuz, dəlilsiz. Mənim bir neçə ali təhsilim var, klinikada işləyirəm. Tənqid etdilər ki, bu özəl klinikadır, amma dövlət lisenziyası var. Siz klinikadakı həkimlərin savadsız olduğunu düşünürsünüz? Siz özəl klinikaya niyə belə neqativ yanaşırsınız? Mən reaksiya vermək istəmirdim, amma dostlar dedilər ki, danışmaq lazımdır. Hiss edirəm ki, studiyadan necə qovulmağımı efirə verməzlər. Amma çox istəyirəm ki, göstərsinlər. Qordon bu hərəkətilə özünü alçaltdı”.

Tarix
2017.11.13 / 11:41
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla