Yuxarı

Millət vəkili gənc jurnalistlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Axar.az xəbər verir ki, fakültənin dəvəti ilə gənc jurnalistlərlə görüşən millət vəkili onları jurnalistikaya gətirən səbəblərlə maraqlanıb. Q.Paşayeva özünün jurnalist fəaliyyəti ilə bağlı bir sıra təcrübələrini bölüşüb:

“Jurnalist olmaq istəyən şəxsdə maraq hissi o qədər güclü olmalıdır ki, müharibə bölgələrində çalışanda ölüm hissini, hər addımda yanınızda olan ölüm təhlükəsini belə unutdura bilsin. Jurnalistika bir sevdadır, yanğıdır, fədakarlıqdır.

Hansı sahədə olursa-olsun, öz işini ən yaxşı görən şəxs vətənpərvərdir. Vətənpərvərlik sözdə deyil, əməldə olur”.

Millət vəkili bildirib ki, cəmiyyətin hər zaman yaxşı jurnalistlərə ehtiyacı var:

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Q.Paşayeva gəncləri Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, həmçinin gəncləri Azərbaycanın tarixini, ədəbiyyat və coğrafiyasını yaxşı öyrənməyə çağırıb.

Görüşün sonunda millət vəkili müəllifi olduğu kitabları tələbələrə imzalı hədiyyə edib.

Tarix
2017.11.13 / 18:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla