Yuxarı

Qəzada kim günahkardır: polis, ya polisdən qaçan?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada kim günahkardır: polis, ya polisdən qaçan?

Sabuncu Rayon Polis İdarəsinin yol polisi şöbəsi əməkdaşı idarə etdiyi 10 YP 566 dövlət nömrə nişanlı xidməti avtomobillə Bakı sakini Elçin Ağalarovun maşınını vurub. Lakin istintaq araşdırmasında polis məsuliyyətə cəlb olunmayıb.

Bu iddia ilə Axar.az-a müraciət edən Elçin Ağalarov istintaqın birtərəfli aparıldığından şikayətçidir:

"Qəza iyunun 25-də Zabrat-Maştağa yolunda "Tosoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Yol polisi arxadan mənim maşınımı vurdu. Zərbə nəticəsində maşınım qarşıdakı "Mersedes"ə çırpıldı. Həmin maşının sürücüsü Cavid Çələbizadə xəsarət aldı. Ancaq araşdırmaya ancaq məni çağırırlar, yol polisinin adını belə çəkmirlər".

Qəzanın yoldakı təhlükəsizlik kameralarında qeydə alındığını deyən E.Ağalarov həmin videoyazıdan istifadə edilərək hadisənin obyektiv araşdırılmasını istəyir.

Təhqiqatçısı Natiq Əliyev isə açıqlamasında bildirdi ki, hadisə törədən E.Ağalarov əslində qəza yerindən qaçıb:

"Hadisə baş verən vaxt E.Ağalarov polisə tabe olmayaraq hadisə yerindən qaçıb və ilkin istintaqa mane olub. Araşdırmanın isə obyektiv aparılacağına şübhəniz olmasın. Xəsarət var, hazırda onun xəsarətinin dərəcəsini müəyyən etmək üçün tibbi ekspertizaya təyin edilib. Həkimin rəyindən sonra cinayət işinin açılıb-açılmaması barədə qərar veriləcək. Əgər xəsarətləri yüngül olarsa, iş qərar verilməsi üçün məhkəməyə göndəriləcək".

Tarix
2014.06.30 / 22:01
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla