Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


MN Zakir Həsənovun cavab həmləsi əmrini şərh etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri ona layiq olduğu istənilən cavabı verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki imkanlara malikdir".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verməsinə dair yayılan informasiyanı şərh edərkən deyib.

V.Dərgahlı bildirib ki, müdafiənin ön xəttindəki bölmələrimiz təbii olaraq həm postlarımıza, həm də mülki əhaliyə qarşı yönələn düşmən hərəkətlərinə dərhal və tutarlı cavab verir, onun atəş nöqtələrini susdurur: "Hətta müharibənin də öz qaydaları, öz qanunları var. Buna da riayət olunmalıdır. Ermənistan tərəfi isə heç zaman bu qaydalara riayət etməyib".

Onun sözlərinə görə, Azərbaycan tərəfinin silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı istənilən hücumları daim pisləməsi, beynəlxalq humanitar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət edilməsi çağırışlarına baxmayaraq, Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir, Cenevrə Konvensiyasını, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrini kobud surətdə pozur: "Bu kimi halların qarşısını almaq üçün humanitar və insan hüquqlarını pozan Ermənistan hərbçilərinin cinayət məsuliyyətinə cəlb olunması vacibdir və beynəlxalq qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir".

Qeyd edək ki, Trend-in bir neçə gün öncə yaydığı məlumata görə, müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.

Trend

Tarix
2014.07.01 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Tarlada növbəti kütləvi zəhərlənmə: 80 nəfər...

Ermənilərin PUA-sı məhv edildi - MN

Sürücü buna görə cərimələnə bilməz - Ekspert

Bakının bu yolları bağlanır – Xəbərdarlıq

Azərbaycanda 1 manata motel satılır - Foto

Cəlilabadda kütləvi dava: yaralılar var

Azərbaycanda deputat vəfat etdi

Bülbüloğludan göstəriş: Yaralı azərbaycanlılar...

Göytəpədə bədbəxt hadisə: DSX-nin əsgəri həlak oldu

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla