Yuxarı

Vətəndaşlar ən çox bu yerlərdə aldadılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşları ən çox taksi sürücüləri, çoxmərtəbəli binalar inşa etmiş sahibkarlar, avtomobillərin ehtiyat hissələrinin alğı-satqısı ilə məşğul olan şəxslər aldadır.

Axar.az zəbər verir ki, bu barədə Modern.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, tikinti sektorunda vətəndaşların aldadılması faktına daha çox rast gəlinir:

“İşıq, qaz və su sayğaclarının satılması ilə bağlı da aldatma halları var. Ölkə prezidentinin 2009-cu ildə imzaladığı fərmana görə, kommunal xidmətlərin sayğacları istehlakçılara təmənnasız verilməlidir. Lakin çoxmərtəbəli binaların sahibkarları olan MMC-lər buna riayət etməyərək, sayğacları istehlakçılara ikiqat qiymətə satırlar”.

E.Hüseynovun sözlərinə görə, vətəndaşların kupçası olmayan binalarda yerləşdirilməsilə də kütləvi aldatmalar gerçəkləşdirilir:

“Nəticədə həmin vətəndaşlar uzun müddət kupça əldə edə bilmirlər. Üçüncü belə hal çoxmərtəbəli binalarda divarların yaşayış sahəsi kimi vətəndaşlara satılmasıdır. Müvafiq qanunvericiliyə görə, yaşayış sahəsini hesablamaq üçün divarların iç perimetri ölçülməlidir. Həmin yer yaşayış sahəsinə aid edilmir. Lakin divarlar da yaşayış sahəsi kimi vətəndaşlara yüksək qiymətə satılır. Bundan başqa, çoxmərtəbəli binalarda birmənalı olaraq alınan külli miqdarda pul müqabilində vətəndaşlara rəsmi kassa qəbzi yox, saxta qəbz verirlər”.

Eyyub Hüseynov taksi sürücülərindən də onlara şikayətlər daxil olduğunu bildirir.

Tarix
2017.11.18 / 16:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla