Yuxarı

Dövlət işinə sənəd verənlər niyə zəif nəticə göstərir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 il əvvələ qədər dövlət qulluğuna imtahanlar pulsuz olaraq həyata keçirilirdisə, DİM növbəti imtahanları həyata keçirməyə başlayandan sonra xidmət haqqı müəyən edilib. Belə ki, kateqoriyalar üzrə fərqli xidmət haqları müəyyən edilib.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov bu il keçirilən dövlət qulluğu imtahanlarının nəticələrinə münasibət bildirərkən deyib. O bildirib ki, imtahana qeydiyyat 7 noyabr 2017-ci il tarixindən başlayıb və bu müddət ərzində 96 namizəd qeydiyyatdan keçib:

“İmtahanda iştirak edən 90 namizədin göstərdiyi nəticələr olduqca aşağı səviyyədə olub. Belə ki, imtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə isə 4 nəfər olmaqla, ümumilikdə 13 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb”.

K.Əsədov qeyd edib ki, Azərbaycanda 2004-cü ildən etibarən dövlət qulluğuna qəbul test imtahanı və müsahibə vasitəsilə həyata keçirilməyə başlayıb:

“İndiyə qədər 2004-2007-ci illərdə bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirirdi. Sonradan isə ölkə başçısının sərəncamına əsasən, Dövlət Qulluğuna Qəbul üzrə Komissiya fəaliyyətə başladı və bu missiyanı o yerinə yetirdi. 2006-cı ildən 2016-cı ilə qədər 15 min nəfər bu imtahan prosesində iştirak edib, onların cəmi 600 nəfəri işlə təmin olunub. Bu da kifayət qədər aşağı rəqəmdir. Nəticədə ilk mərhələ nə qədər obyektiv, şəffaf olurdusa, müsahibə mərhələsinə müdaxilələr qaçılmaz idi”.

K.Əsədov vurğulayıb ki, 2016-cı ilin fevralında ölkə başçısının sərəncamı ilə Dövlət İmtahan Mərkəzi yaradıldı və DİM yenidən dövlət qulluğuna qəbul imtahanlarını həyata keçirməyə başladı.

Qeyd edək ki, DİM tərəfindən 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Tarix
2017.11.20 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla