Yuxarı

Azərbaycanda xatirə günü faciə ilə bitdi: 8 ölü, 23 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü idi. Həmin gün yol-nəqliyyat hadisələrində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu sözləri Axar.az-a yol-hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, belə gündə bu qədər olayın olması qorxulu statistikadır:

“Təəssüf ki, bu xatirə gününü bizim yol-hərəkəti iştirakçıları qanla “qeyd etdilər”. Rəsmi məlumata əsasən, bir gündə yol-nəqliyyat hadisələrində 8 ölən, 23 yaralanan var. Qorxulu statistikadır. Nə qədər ki, bu problemləri yaradan düşüncələri dəyişmirik, yaxşı xəbərlər də eşitməyəcəyik.

Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə gününün keçirilməsində əsas məqsəd, heç olmasa, bir gün ictimaiyyətin diqqətini bu ümumbəşəri bəlaya yönəltmək, yollarda intizamsızlığın nələrə gətirib çıxara biləcəyini hər kəsə anlatmaq, mövcud problemləri qabartmaq, onların həlli yollarını bir daha axtarmaqdır. Bizdə isə bu xatirə gününü yada salan olmadı. Çünki başımız nömrədəki defislərə, yan şüşələrdəki jalüzlərə qarışıb”.

Qeyd edək ki, Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü 19 noyabr 2005-ci ildən BMT-nin Qətnaməsinə əsasən keçirilir.

Tarix
2017.11.20 / 18:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla