Yuxarı

Korrupsiyaya qarşı mübarizə... - Seulda konfrans

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının paytaxtı Seulda Asiya İnkişaf Bankının, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Korrupsiyaya qarşı Mübarizə Təşəbbüsü üzrə 9-cu regional konfransı keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, “Asiya-Sakit Okean regionunda korrupsiyaya qarşı mübarizə mədəniyyətinin artırılması” mövzusunda keçirilən konfransda 31 ölkədən 350 nümayəndə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri-hökumət təşkilatlarının, habelə nüfuzlu beynəlxalq qurumların rəhbər vəzifəli şəxsləri iştirak edib.

Azərbaycanı bu tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov təmsil edib.

Konfransın açılışında Koreya Respublikasının Baş naziri Li Nak-yon və digər ali hökumət nümayəndələri çıxış ediblər.

Tədbirdə Asiya-Sakit Okean regionunda korrupsiyaya qarşı mübarizə strategiyalarının inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və mövcud çətinliklər, yüksək korrupsiya riskli sektorlarda bütövlük və antikorrupsiya mədəniyyətinin təşviqi, həmçinin proseslərdə vətəndaş cəmiyyətinin rolunun artırılması məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində təşkil olunan “dəyirmi masa”da çıxış edən H.Məmmədov korrupsiyaya qarşı mübarizə, korrupsiya cinayətlərinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər haqqında sessiya iştirakçılarına ətraflı məlumat verib. O, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son dövrlər ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi kimi əldə edilən nailiyyətləri xüsusi vurğulayıb, iştirakçıların suallarını cavablandırıb.

Tədbirin sonunda iştirakçılara təqdim edilən, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri əks etdirən jurnal, broşür və bukletlər böyük maraqla qarşılanıb.

Tarix
2017.11.20 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla