Yuxarı

ANS-in 41 yaşlı “əmisi” vəfat etdi: Elə süfrə arxasındaca…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşdən çıxıb, gəlib evə. Zəng edib valideynlərinə, qardaşına. Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq. Onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı.

Axar.az xəbər verir ki, bu sözləri jurnalist Nəsimi Nəbizadə dünən qəfildən infarkt keçirərək dünyasını dəyişən həmkarı APA TV-nin müxbiri, fəaliyyəti dayandırılmış ANS kanalının “İç Xəbər” verilişindən tamaşaçılara özünü tanıtmağı bacaran istedadlı jurnalist Natiq Qədimovun ölümü ilə bağlı paylaşımında qeyd edib.

Sevilən həmkarımızın ani ölümü onun bütün dostlarını da sarsıdıb. N.Qədimovun zamansız ölümündən kədərlənən dostları onunla bağlı xatirələrini xatırlayıblar.

Ömrünün baharında ürəyindən gələn ölümlə ailəsindən, dostlarından birdəfəlik uzaq düşən N.Qədimov haqqında dostlarının dilə gətirdiklərini təqdim edirik:

Afət Telmanqızı: İş yoldaşım, dəyərli dostum, ANS-çilərin “əmi” deyə çağırıb, əzizlədiyi Natiq. Yolun nə yaman qısa oldu?! Hər yerdəm xəbər verən insan, niyə özün xəbərə çevrildin?

Ləman Ələşrəfqızı: “Xəbər"in əmisi, gözəl dostum, səmimi insan, əla jurnalist dünyasını dəyişib. Boğazımda düyünlə yazıram bunu. Onun da ürəyi sözünə baxmadı. Hara tələsdin, ay Natiq? Biz axı yığışacaqdıq. Aman Allah, bu nə pis xəbər oldu?!

Aytən Səfərova: İndiyədək yüzlərlə iş yoldaşım olmuş insan arasında ən yaddaqalan, ən saf, ən gözəl xasiyyətli, ürəkdən "əsl qardaş" adlandırdığım Natiq. Öz əziyyətilə, çətinliklərlə TV-yə gələn, öz alın tərinlə halal çörək qazanan, yalandan, minüzlülükdən, qeybətdən, başqasını gözdən salıb özünü hörmətə mindirmək kimi səviyyəsizlikdən, pislik etməkdən daim uzaq duran həmkarım, qardaşım. Allah qəbrini nurla doldursun, ruhunu şad eləsin, rəhmətini səndən əsirgəməsin.

Xəyal Azəroğlu: “Şah qanun deyil, qanun şahdır” deyən gözəl insanı, kriminal aləmin əmisi hesab edilən Natiq qardaşımızı itirdik. Ötən həftə bir yerdə idik, siqaret yandırdıq, danışdıq, xeyli dərdləşdik. Həyat bu qədər ucuz olmamalıdı axı. Məkanın cənnət olsun, əmi!

Səbuhi Rəhimli: Daha bir dostumuzu itirdik. Məşhur jurnalist, vaxtilə "İç Xəbər"dən, son zamanlar isə APA TV-dən tanıdığınız Natiq Qədimov noyabrın 22-si axşam saatlarında ürək tutmasından dünyasını dəyişdi. Çox təsirləndim. Allah rəhmət eləsin!

Jalə Mütəllimova: Danışığımızla ölümü arasında doqquz saat fərq var. Gülürdü, kimsəyə yükləmirdi içindəkiləri. Bir yerdə işlədiyimiz illərdə yolumuz da bir idi, qonşu idik çünki. Danışırdı, gözəl avazla oxumağı vardı. Amma... Bu ammanı çox yazdım, çox pozdum. Sonra da düşündüm ki, onunla qonşu, bilirsən, deyib başladığımız, dərdləşdiyim və onu aparan, ürəyini partladan səbəblər mənim susmaq hüququmdur. Sənə qurban, gözəl qardaşım, mütləq yenə görüşəcəyik.

Anar Nəcəfli: Təəssüf. İnana bilmirəm. Söz tapa bilmirəm! Yerin behişt olsun, qardaş!

Ceyhun Musaoğlu: Nəsə səhv var, ay Natiq. Nəsə biz anlamadığımız dildə, biz anlamadığımız məzmunda yazılıb, yazılır. Belə olmur axı. İndi biz bu ölümü necə dərk edək? Allahı da bu qədər insafsız davranmağa vadar edə bilən həyat varmış. "Lənətə gəlmiş həyat" qoyaq adını? Yoxsa küfr olar? Bəs həmkarlarımın həyat yaşamadan ölmələri küfr sayılmır?

İnfarkt jurnalistin ölümünə dostu olub. Rüstəm Behrudi demiş, ölüm bizim cangüdənimizdir. Jurnalistika həssasların vətənidir. Yaradan deyirik ha, bax O, həssas adama infarktı halal buyurub. Haramımız olsun amma.

İnfarkt ürəyin deyil, düşüncənin düşmənidir. Çox düşünən tez ölür, heç yaşadığı illərdə də yaşamır.

Mehman Mehdiyev: 41 yaşlı doğmasını itirən ailənin bir üzvü kimi başsağlığı qəbul etməyin nə qədər acı olduğunu bilirəm. Bu acıdan heç kim dadmasın bir daha! Həmkarımız Natiqin ailəsinə və dostlarına çətin olsa da, səbir arzu edirəm. Bundan sonra ondan qalan yalnız xatirələr olacaq. Məkanı cənnət olsun!

Elnur Hidayətoğlu: Hələ də gözlərimə inana bilmirəm. “İç xəbər”də tanıdığım, dostlaşdığım, hamımızın “əmi” deyə çağırdığımız, çox səmimi və təmiz ürəkli insan Natiq Qədimov dünyasını dəyişdi. İnanılası deyil, amma inanmaq məcburiyyətindəyəm. Onunla sonuncu iş yerim APA idi. Orda ən çox dərdləşdiyim, ümumiyyətlə, hər zaman güvəndiyim bir dost olub Natiq. İki-üç gün əvvəl görüşmüşdüm, nə yalan deyim, heç nədən şikayətçi deyildi. Onunla o qədər xatirələrim var ki, saymaqla bitməz. Amma Natiq bitdi. O saf qəlbi, heç vaxt şikayətini eşitmədiyi o ürəyi onu bitirdi.

Ürəyi nəyəsə dözmədi, bu xəbərə biz dözə bilmədiyimiz kimi. Allah rəhmət eləsin, Natiq!

Sevinc Qədirova: Aman Allahım, nə olar yalan olsun bu xəbər. Natiq Qədimov, canım dostum niyə bizi belə tez atıb getdin? Gecə vaxtı niyə məni hönkür-hönkür ağlatdın? Allah sənə rəhmət eləsin, mənim gözəl qəlbli dostum.

Qeyd edək ki, tanınmış jurnalist Natiq Qədimov dünən axşam saatlarında qəfildən dünyasını dəyişib. Jurnalist infarktdan vəfat edib.

Tarix
2017.11.23 / 10:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla