Yuxarı

Lənkəran “İstisu”yu niyə bağlanıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lənkəranın Haftoni qəsəbəsində yerləşən "İstisu" sanatoriyasının əsaslı təmiri nəzərdə tutulub".

Bu sözləri Axar.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən 5 ildən bəri fəaliyyəti dayandırılan Lənkəranın Haftoni qəsəbəsindəki "İstisu" müalicə və istirahət mərkəzinin fəaliyyət göstərməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirilib.

İcra Hakimiyyətindən sorğumuza verilən cavabda qeyd edilib ki, "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə" Dövlət Proqramı çərçivəsində pansionatın bu ildən etibarən təmirinə başlanacaq. Artıq icra müddəti də konkret müəyyənləşdirilib.

Haftoni qəsəbə sakinlərinin Axar.az-a yazdığı məktubda deyilir ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamda rayonda turizmin inkişaf etdirilməsi məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik "İstisu" sanatoriyasının əsaslı təmir olunması nəzərdə tutulurdu. Sakinlər yazırlar ki, Prezident sərəncamına əsasən, mərkəzin təmiri Maliyyə, Gənclər və İdman və Mədəniyyət və Turizm nazirliklərinə həvalə edilmişdi.

Qeyd edək ki, Dövlət Proqramının qəbul olunması səbəbindən Haftoni qəsəbəsindəki "İstisu" sanatoriyasının təmiri "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə" Dövlət Proqramına daxil edilib, icrası isə Maliyyə və Gənclər və İdman nazirlikləri ilə birgə, Lənkəran İcra Hakimiyyətinə həvalə edilib.

Tarix
2014.07.02 / 22:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla