Yuxarı

Zərrabın holdinq rəhbəri olan qohumu sərbəst buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Baş Prokurorluğunda Rza Zərrab haqqında başladılan casusluq istintaqı çərçivəsində saxlanılan iş adamının bacısının həyat yoldaşı, NAB Holdinqin İdarə heyətinin sədri Bəhram Eromi sərbəst buraxılıb.

Axar.az "Habertürk"ə istinadla xəbər verir ki, sərbəst buraxılanlar arasında holdinqin idarə heyətinin üzvü Nadir Eromi ilə bərabər, 14 nəfər yer alır.

Qeyd edək ki, bir müddət əvvəl əslən azərbaycanlı milyarder, ABŞ-da mühakimə edilən Rza Zərrabın Türkiyədəki əmlakına həbs qoyulub. Əmlaklarına həbs qoyulanlar sırasında R.Zərrabın 23 qohumunun adı qeyd olunub. Bu şəxslər sırasında NAB Holdinqin kiçik səhmdarı və İdarə Heyətinin üzvü Omid Erominin də adı yer alıb. Keçən şənbə günü isə Sarıyer Kireçburnunda yerləşən holdinq mərkəzində axtarışlar aparılıb və bunun da nəticəsində holdinqin 14 işçisi polis tərəfindən saxlanılıb.

Ötən gün isə İstanbul Prokurorluğu onları R.Zərrab olayında şübhəlilər siyahısından çıxarıb.

Tarix
2017.12.08 / 14:53
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla