Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Bu gün Gülər Əhmədovaya hökm oxunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha öncəki prosesdə prokuror ona 4 il iş istəyib; sabiq deputat son sözündə nə deyəcək?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək.

Xatırladaq ki, ötən proses G.Əhmədovanın səhhəti ucbatından baş tutmamışdı. Proses başlayan kimi halı pisləşən sabiq deputatı müayinə üçün Təcili Yardım Xidmətindən həkimlər gəlmişdi. Hakim isə onun səhhətinin pis olduğunu deyərək, prosesin davam etməsini doğru saymamışdı.

Bu gün saat 10.30-a təyin olunan prosesdə isə G.Əhmədovaya hökm oxunacağı istisna deyil. Daha öncəki prosesdə prokuror sabiq deputata 4 il iş istəmişdi. Bəzi ekspertlər bunu keçmiş deputatın ittiham olunduğu maddələr üzrə minimal cəzadan da az cəza hesab edərək, bu gedişlə onun şərti azadlığa buraxılacağını istisna etməyib.

Amma bugünkü prosesdə prosedurlara uyğun olaraq G.Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə çıxışı edəcək, vaxt qalarsa, G.Əhmədova da son söz deyəcək.

Proses boyunca sabiq deputat istintaqa və Elşad Abdullayevə yönəlik tənqidi çıxışları ilə yadda qalıb. ABU-nun sabiq rektorunun gözləntilərindən fərqli olaraq, G.Əhmədova hakimiyyəti ifşa edən, onu tənqidə məruz qoyan hər hansı açıqlama, bəyanat verməyib. Onun son söz çıxışında da əvvəlki xəttindən fərqlənən hansısa nüansların olacağı gözlənilən deyil.

Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq

Tarix
2013.11.25 / 08:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Lent.az-ın 10 yaşı tamam oldu

Qayda pozan sürücülərin psixoloji problemi var? - Video

Dünən vəfat edən naziri kim əvəz edir?

Bakıda bu məscid əsaslı təmir olunacaq

“Türk ulduzları” Bakıda - Foto

Yavər Camalov dəfn edildi - Foto

Sabah 38 dərəcə isti olacaq

İran Azərbaycan münasibətlərini kimlər pozur – Şok faktlar

Xırdalanda ev yandı: 3 azyaşlı uşaq...

Həsən Azərbaycan vəfat etdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla