Yuxarı

İslam dünyasının bakılı mürşidi anılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslam dünyasının bakılı mürşidi anılır

Bakıda Beynəlxalq Muğam Mərkəzində "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik" mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən qonaqlar, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıblar.

Simpozium "Əbədi işığın abidəsi - Şamaxı Cümə məscidi" adlı filmin nümayişi ilə başlayıb.

Seyid Yəhya kimdir ?

Seyid Yəhya XIV əsrin sоnlarında Azərbaycanın Şamaxı şəhərində dоğulub. Əsərlərinin çоxunu fars və ərəbcə yazması bu iki dilə hakim оlduğunu göstərir. Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır.Şerlərində "Seyid" təxəllüsünü istifadə edib, əsərlərinin sоnunda adını "Yəhya əl-Hüseyni" yazaraq seyid оlduğunu bildirib. Babaları nəqiblər sülaləsindən оlub. Belə ki, atası "Bəhaəddin" Şirvanşahlar dövlətinin nəqibül-əşrəfi idi.

869/1463-64-cü ildə Müəllimi Şeyx Sədrəddin vəfatından sonra Seyid Yəhya Bakıya gəlib. Seyid Yəhyanın qəbri İrvanşahlar sarayı deyilən məkandadır, məscid (Keyqubad məscidi) yanındadır.

Tarix
2013.11.25 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla