Yuxarı

Direktorun şagirdinə təcavüzü: əhali ayağa qalxdı – Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz edib. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.

Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bir neçə gün öncə A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub:

"Qız toyu olmuşdu. Avqustun 2-də oğlan toyu olmalıydı. Ancaq qız birdən-birə yoxa çıxdı. Anası Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət etdi. Polis axtarışa başladı. Qız yoxa çıxandan 3 gün sonra tapıldı və məlum oldu ki, onu məktəb direktoru aparıbmış".

Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinə rəhbərlik edir. Kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla A.-nın 3 ildən çoxdur ki, münasibət varmış:

"Məktəb direktoru hazırda 18 yaşı olan A.-ilə 13-14 yaşından bəri münasibətdə olub. Qız bildirib ki, Zahid Namazov ona atalıq edir və guya mebel almağa aparıbmış. Necə atalıqdırsa, ananın bundan xəbəri yoxdur. A.-nın öz atası rəhmətə gedib. Direktorun qızın bakirəliyini bərpa etdirmək üçün həkimə apardığını öyrənən camaat etiraza qalxıb".

Kənd sakinləri məktəb direktorunun əxlaqsızlığına göz yummaq fikrində deyil. Ötən gün - iyulun 16-da 200 nəfərə yaxın kənd sakini rayon İcra Hakimiyyətində olub və direktorun kənddən çıxarılmasını tələb ediblər:

"Zahid Namazov nəinki məktəb direktoru işləyə bilməz, ümumiyyətlə kənddə qala bilməz. Ancaq İcra Hakimiyyətində məsələyə soyuqqanlı yanaşıblar. Kənd ağsaqqallarına deyiblər ki, sakitliyi qorusunlar, yaxınlarda tədbir görəcəyik. Ancaq biz gözləmək niyyətində deyilik, bu əxlaqsızlığın cavabı dərhal verilməlidir".

Tarix
2014.07.17 / 13:53
Müəllif
Ruhiyyə Daşsalahlı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla