Yuxarı

Elnarə polisi maşınla vurub sürüdü və... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada gənc qadın avtoxuliqan peyda olub. Söhbət Lvov şəhərinin 26 yaşlı sakini, azərbaycanlı Elnarə Əbiyevadan gedir.

Virtualaz.org xəbər verir ki, son illərdə o, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

Lakin yanvarın 7-də Əbiyeva bir az da uzağa gedib.

Lvov polisinin mətbuat xidmətinin rəsmi məlumatına əsasən, “Peugeot” avtomobilini idarə edən qadın təxminən saat 14-də General Çuprinka küçəsində saxlanılıb – o, qarşı yolda yerləşən tramvay xəttinin üzərinə çıxıb. Polis əməkdaşları sürücüdən sənədlərini təqdim etməyi tələb ediblər, lakin Əbiyeva bundan imtina edib.

Qayda pozucusu ilə ünsiyyət zamanı müfəttişlər fikir veriblər ki, qadın özündə deyil və narkotik sərxoşluğu vəziyyətindədir. Elə bu vaxt Əbiyeva gözlənilmədən maşını sürüb və müfəttişlərdən birini vuraraq, kənara tullayıb.

Bundan dərhal sonra avtoxuliqan qadın ikinci müfəttişi də vurub, lakin bu müfəttiş daha möhkəm çıxıb və maşının kapotundan yapışıb. Yaranmış vəziyyət Elnarəni dayandırmayıb, o, kapotun üstündə polis müfəttişi ilə maşını bir neçə küçə boyunca qovub. Təxminən 500 metrlik bu məsafə yolboyu quraşdırılmış kameralara düşüb və əsl Hollivud filmlərini xatırladıb.

Son nəticədə, Elnarə Əbiyeva müfəttişi kapotun üstündən yerə ata bilib və polis əməkdaşı böyük sürətlə yola sıçrayıb, qadın sürücü isə aradan çıxıb.

Məlum olduğuna görə, xəsarət almış polis əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun qolunun sındığı, bir sıra digər xəsarətlər aldığı müəyyən olunub. Patrul Roman Pilipenko hadisənin qeyd olunduğu videonu sosial şəbəkələrdə yayımlayıb və avtoxuliqanın adını açıqlayıb – Elnarə Əbiyeva.

Lakin sonradan həmin qadının başına gələnlər müəmmalıdır – sosial şəbəkələrdəki fəallığını nəzərə alsaq, Elnarə azadlıqdadır.

O, “VKontakte” sosial şəbəkəsində, habelə “İnstagram”da publika üçün bağlı səhifədə özünün balaca qızı ilə fotolarını yayır. Əbiyeva polislə baş vermiş insidenti ertəsi gün sosial şəbəkədə özünəxas şəkildə şərh edib: “Bəzi “zibilləri” saymasaq bayram əla keçdi. Həyatdan zövq alın və zibil olmayın”. Fotolara əsasən, Əbiyeva yeni il tətilini doğma Bakıda keçirib.

Yanvarın 10-da isə o, İnstagramda davranışları barədə ünvanlanmış sual yağışını dayandırmaq ümidi ilə qeyd yerləşdirib. Sosial şəbəkələrdə Əbiyeva elnara_star niki ilə tanınır. Qeyd edək ki, hazırda onun səhifəsi qapalıdır.

Maraqlıdır ki, yerli fəal Martin Brest “Facebook”da qızın qaçdığını, ancaq adının İnterpolun bazasına daxil edilmədiyini yazır. Lvov polisi bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşına müqavimət göstərən və zor tətbiq edən xuliqanı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tarix
2018.01.12 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla