Yuxarı

Bakıda avtobus zolağını ödənişli dayanacağa çevirdilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Xəzər xəbər-in məlumatına görə, ard-arda gələn sərnişin avtobusları onlar üçün ayrılan xüsusi zolaqda hərəkət edə bilmirlər.

Səbəb həmin zolaqda park edilən avtomobillərdir. Söhbət paytaxtın Füzuli küçəsindən gedir. Ötən il sözügedən küçədə ictimai nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün avtobus zolağı çəkilib. Təxminən bir neçə ay olar ki, həmin zolaqda Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları parkomat quraşdırraraq ödənişli dayanacaq yaradıblar.

Xüsusi zolaqda ''cib'' yaradılsa da ödənişli dayanacaqda duran avtomobillər avtobusların hərəkətinə mane olaraq tıxaca səbəb olurlar. Bəzi sürücülər isə avtomobili elə park ediblər ki, ümumiyyətlə avtobus zolağı tam bağlanıb. Yaranmış vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyatı idarə edən sürücülərdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün nəzərdə tutulmuş xüsusi zolağın ödənişli avtomobil dayanacağına çevrilməsini Bakı şəhərində yol hərəkəti sahəsində böyük səhv olduğunu deyir. Onun sözlərinə görə, avtobus zolağına ödənişli dayanacaq nişanının qoyulması qanuna ziddir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, orda heç bir qanunsuzluq yoxdur. Bölmə rəisinin sözlərinə görə, həmin ərazidə avtomobillər düzgün park edilmədiyi üçün avtobus zolağı bağlanıb: ''Ərazidə avtomobillərin səkiyə paralel dayanması üçün nişan da qoyulub. Amma bir çox sürücü avtomobili dayanacaqda perpendikuliyar saxlayır. Bu da inzibati xətadır, cəriməsi isə 20 manatdır".

Vaqif Əsədov bu gündən etibarən həmin ərazidə yol polisi tərəfindən avtomobili səhv park edən sürücülərə qarşı reydlərin keçiriləcəyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2018.01.12 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla