Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Şamaxı rayonu, Şirvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Şamaxı rayonu, Keçməddin kəndində (rayon mərkəzindən 30 km aralı, dağlıq ərazi) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Ağcabədi rayonu, Sarcalı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 600 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Lerik rayonu, Livədirqə kəndində (rayon mərkəzindən 20 km aralı, torpaq yol) vətəndaşa məxsus həyətyanı sahəyə yığılımış 4 kub metr taxta materiallar yanıb. Tikililər yanğından yaxınlıqdakı mühafizə olunub.Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Su kanalının İmişli rayonun, Cəfərli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 60 km aralıda) batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatıb. T. Şirinovun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:15-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda su kanalında batdığı ehtimal olunan 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanıb. Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naftalan rayonu, Qasımbəyli kəndində (rayon mərkəzindən 3 km aralı) quyuya inək düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, inək 4 metr dərinliyi olan quyuya düşərək köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə inəyi quyudan çıxarıblar. Əməliyyat saat 22:15-də başa çatıb.

***

Salyan rayonu, Kürsəngi kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.07.23 / 10:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla