Yuxarı

Zahid Orucun özəl günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Orucun özəl günü

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Zahid Orucun 46 yaşı tamam olur.

Axar.az xəbər verir ki, Zahid Məhərrəm oğlu Orucov 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əlismayıllı kəndində anadan olub.

1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.

1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2000-ci ildə Milli Məclisə üzv seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

Beynəlxalq Marşal Mərkəzində onlarla qeyri-hökumət təşkilatının, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikat və digər nominasiyaları alıb.

Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir. Rus, türk və ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

Tarix
2018.02.01 / 12:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla