Yuxarı

Bu balığı ovlayanlar 2 min manat cərimələnir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu balığı ovlayanlar 2 min manat cərimələnir

Bir çox təbiət canlısı nəsli tükənmək təhlükəsi olduğu üçün “Qırmızı kitab”a salınıb və ölkə faunasına, florasına vurulan istənilən zərərə görə cərimə nəzərdə tutulub. Cərimələrin məbləği isə heyvan cinsinin nəslinin kəsilməsi təhlükəsinə əsasən müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bir ədəd Kələmonun (qaya balığı) qanunsuz ovlanmasına görə yüksək məbləğdə cərimə ödənməlidir.

Kələmo balığı nərəkimilərə aid olmaqla Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Növündən asılı olmayaraq, “Qırmızı kitab”a daxil edilən bir ədəd balıq qanunsuz ovlandığı halda, Nazirlər Kabinetinin 146 saylı, 06.09.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, balıq ehtiyatlarına dəymiş ziyan 275 manat təşkil edir.

Ovlayan barəsində isə İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin tələblərinə əsasən, 2 min manata qədər cərimə tətbiq edilir.

Tarix
2018.02.01 / 19:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla