Yuxarı

Baş nazir sərəncam imzaladı: Maaş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir sərəncam imzaladı:

“Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilib.

Report xəbər verir ki, bu barədə Baş nazir Artur Rasizadə sərəncam imzalayıb.

Sərəncama əsasən, həmçinin həmin müəssisələrdə çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustalar, istehsalat təlimi ustaları, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi təsdiq edilib.

Sənədə görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

Təhsil Nazirliyinə iki ay müddətində dövlət ilk peşə- ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmə tapşırığı verilib.

Bildirilir ki, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, həmçinin Maliyyə nazirlikləri bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Tarix
2018.02.02 / 09:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla