Yuxarı

Nazarbayev Oqtay Əsədovu təltif etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayev Oqtay Əsədovu təltif etdi - Foto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, O.Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə bu ordenlə təltif olunub.

Orden fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təqdim edilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri iki ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Oqtay Əsədov əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Bakıya növbəti səfərindən məmnunluğunu bildirib. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusilə də parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan N.Niqmatulin bu səfərin iki ölkənin münasibətlərini daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Tarix
2018.02.02 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla