Yuxarı

Güclü külək əsəcək - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü külək əsəcək -

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, fevralın 5-i axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Tarix
2018.02.05 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla