Yuxarı

Bakıda direktorla "Drakon"un şok davası - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda direktorla "Drakon"un şok davası - Video

"Dolu" filminin məşhur aktyoru Rza Rzayevin qalmaqallı videogörüntüsü ortaya çıxıb. Məşhur aktyor məktəb direktoru ilə söz davasında onu təhqir edərək hədə qorxu gəlir.

Musavat.com xəbər verir ki, qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev direktora bu qərarını dəyişməsi üçün vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.

Hadisə 220 nömrəli məktəb-liseydə baş verib. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxıb. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirib.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bundan əlavə, o da məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını iddia edərək, müvafiq qurumlara müraciət edib. Bununla da bağlı araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi və direktorun otağında danışılanlar barədə ətraflı məlumatı videodan izləmək mümkündür.

Tarix
2018.02.05 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla