Yuxarı

Heydər Əliyevin adı niyə bu rayona verilməlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi olmasın. Heydər Əliyev bütövlükdə Azərbaycanın dayaqlarını möhkəmləndirib. Qaradağ rayonunda isə Heydər Əliyevin xüsusi əməyi və zəhməti var.

Axar.az Trend-ə istrinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi ilə bağlı təklifini əsaslandırarkən bildirib.

“Hələ sovet dönəmində Heydər Əliyev SSRİ-nin Siyasi Bürosunun qərarını ləğv etdirib Dərin Özüllər Zavodunun Azərbaycana gətirilməsinə nail olmuşdu. Elə təkcə bu fakt kifayət edir ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin. Əgər Dərin Özüllər Zavodu olmasaydı, biz neft konsorsiumundan, neft layihələrimizdən söhbət aça bilməzdik. Bakı-Tbilisi-Ceyhan kəməri öz başlanğıcını məhz Qaradağda yerləşən Səngəçal terminalından götürür. Ümummilli lider Heydər Əliyevin əməyi sayəsində Qaradağ rayonunda bir çox sosial və infrastruktur layihələri də həyata keçirilib.

Heydər Əliyevin Qaradağda reallaşdırdığı layihələr təkcə Azərbaycan üçün deyil, o cümlədən region üçün, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir. Heydər Əliyev bunların hamısını boz çöllərdə yaradıb. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti öz başlanğıcını Ələtdən götürür, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qaradağ Sənaye Parkı və bir sıra zavodlar Qaradağda yerləşir. Heydər Əliyevin ideyasını Prezident İlham Əliyev uğurla davam etdirib. Bütün bu işlər Qaradağ rayonunun ulu öndər Heydər Əliyevin adına adlandırılmasına tam əsas yaradır.

Biz Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi ilə sonrakı rəhbərlərə də göstəririk ki, kim xalqı üçün belə böyük işlər görürsə, onun əməli, adı daim yaşayacaq. Dünya tarixinə nəzər salsaq, istər Amerikada, istər Avropada, istərdə də dünyanın digər ölkələrində böyük xidmətləri olmuş dövlət xadimlərinin adlarının əbədiləşdirilməsi faktlarına rast gələrik. Misal üçün, ABŞ-da bir sıra ərazilərin ölkə prezidentləri olmuş Corc Vaşinqton, Tomas Cefferson, Ceyms Medison, Abraham Linkoln və digərlərinin şərəfinə adlandırıldığını göstərmək olar. Digər ölkələrdən də çox sayda bu cür misallar gətirmək mümkündür. Əgər bu, dünya praktikasında varsa, Azərbaycanda niyə olmasın?!” - deputat qeyd edib.

Tarix
2018.02.14 / 10:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla