Yuxarı

Türkiyə BMM-in ilk xanım deputatı olan azərbaycanlı... - Attar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Muğam Mərkəzində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında İctimai Şura "Qadın və seçki hüququ" mövzusunda konfrans keçirib.

Axar.az xəbər verir ki, konfrans 1918-ci ilin may ayının 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların, eləcə də qadınların bərabər hüquqlarının tanınması və bu günə qədər inkişaf etdirilməsinə həsr edilib.

Konfransı İctimai Şuranın sədri Rəna Mirzəzadə açıq elan edib. O bildirib ki, Azərbaycan 20-ci əsrin əvvəlində qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünyaya modern dövlət olduğunu sübut edib:

"Bu il Cümhuriyyətin 100 ilinə həsr edilib. Biz 100 ildə Azərbaycanın nə qədər inkişaf etdiyini görürük. Ölkənin inkişafında Azərbaycan qadınlarının da əvəzsiz rolu var. Ölkə prezidentimiz qadınlarımızın yüksək intellekt sahibi olmasına, onların cəmiyyətdə özünəməxsus yer tutmasına zəruri şəraitləri yaradır. Bütün bu addımlar Azərbaycanın sabahı və rifahi naminə atılır. Ölkə əhalisinin 50 faizdən çoxunu qadınlar təşkil edir. Ölkəmizdə gender problemləri müsbət istiqamətində həll edilib. Bu gün parlamentdə çoxsaylı xanım millət vəkillərimiz var. Ölkəmizdə fəal qadınların sayı az deyil. Onların təşəbbüsləri sayəsində ölkəmizin gələcəyi daha parlaq olacaq".

Ekspert İndira Şəmsiyeva bildirib ki, bu gün Azərbaycanda aparılan ən kiçik islahatlar belə, dünya ölkələrində maraqla qarşılanır:

"Hazırda dünyada ciddi maliyyə problemləri yaşanır. Ancaq buna baxmayaraq, Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət yürüdülür və bunun nəticəsidir ki, önəmli islahatların sayı ilbəil artır. Azərbaycan qadını isə onun üçün yaradılan bu şəraitdən bəhrələnərək, öz potensialını bütün sferalarda göstərir. Biz qadınlar çalışırıq ki, ölkəmiz üçün daha çox iş görək, daha böyük uğurlara imza ataq".

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva isə cümhuriyyət dövründə qadınların təhsil alması, maariflənməsi üçün atılan addımlardan danışıb, müstəqil Azərbaycan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti arasında paralellər aparıb. S.Vəliyeva qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu gündən-günə artır və qadın siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətini təşkil edir. O vurğulayıb ki, qadınlar aprelin 11-də keçiriləcək seçkilərdə öz səslərini dövlətin sabitliyini və inkişafını təmin edən prezident İlham Əliyevə verəcəklər.

Türkiyənin Girəsun Universitetinin rektoru, professor Aygün Attar bildirib ki, Azərbaycanda yüz illər öncədən qadına verilən dəyər dünyanın bir çox ölkəsində indi-indi verilməyə başlayıb:

"80 milyonluq Türkiyə Cümhuriyyətinin parlametində ilk qadın millət vəkili azərbaycanlı olub. Bu olduqca qürurverici haldır. Mən bunu bütün xarici ölkələrdə yaşayan qadınlarımız adından deyirəm. Həsən bəy Zərdabinin gözəl bir sözü var: Bir kişiyə təhsil versəniz, bir nəfər ziyalı yetişdirmiş olarsız. Amma bir qadını oxutsanız, siz ziyalı bir cəmiyyət qazanmış olarsız. İngiltərədə qadınlar əməyinin qarşılığını almaq üçün küçələrə çıxıb, üsyan edirlər. Halbuki həmin dövrdə Azərbaycanda qadınların seçki hüququ tanınırdı. Bizim ölkəmizdə qadınlara hər zaman dəyər verilib və bu gözəl tarixi ənənə bu günə qədər də özünü doğruldur".

Sabiq millət vəkili, Sosialist Əməyi Qəhrəmanı Tərlan Musayeva isə bildirib ki, Sovet dövründə də, kəskin rejimə baxmayaraq, qadınlarımızın təhsilə marağı yüksək olub:

"Cümhuriyyətimiz əldə edildikdən sonra isə ölkəmizdə ziyalı qadınların sayı artıb. Onlar bütün sahələrdə aktiv fəaliyyətdədirlər. Bu ilin "Cümhuriyyət ili" elan olunması təsadüfi deyil. Müstəqil Azərbaycan Cümhuriyyətimizin varisidir. Bu gün biz ölkə başçımız İlham Əliyevin namizədliyini tam şəkildə dəstəkləyirik və bütün ziyalı qadınlarımızı qarşıdakı seçkilərdə Azərbaycanın yeganə və real namizədi olan İlham Əliyevə səs verməyə çağırıram".

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva isə ölkənin iqtisadi həyatında qadınların rolundan danışıb, rəhbərlik etdiyi qurumun fəaliyyətini diqqətə çatdırıb:

"Həvəslə çalışan kollektivimiz sahibkarlıq arzusunda olan bütün xanımlarımıza səslənərək, onları bu gün ölkədə qadınlar üçün yaradılan şəraitdən, göstərilən yüksək diqqətdən yararlanmağa çağırır. Son bir ildə 6 minə yaxın sahibkar qadına maddi dəstək verilib. Azərbaycanda qadınların iqtisadi mövqeyinin artırılması, biznes layihələrinin inkişafı üçün çoxsaylı tədbirlər, seminarlar keçirilib. Son 15 ildə qadın sahibkarların əldə etdiyi çoxsaylı uğurlara görə, hər birimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Mən bütün qadınlarımızı qarşıdakı seçkilərdə ona dəstək olmağa çağırıram".

Fövqaladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədr müavini Afət Xanbabayeva da çıxışı əsnasında qadınlara müraciət ünvanlayıb:

"Təhsil ölkəmizdə ən öndə gələn və xüsusi diqqət ayrılan sahələrdən biridir. Bu gün ictimai sektorda fəal olan xanımlarımızın sayı kifayət qədərdi. Azərbaycanda sabitliyin, inkişafın, davamlı müstəqilliyin mövcud olmasında kişilər qədər, xanımların da əməyi var. Əziz qadınlar, gözəl ölkəmizin füsunkar qadınları, sizi, sizə verilən bu qiymətli, dəyərli seçim hüququnu düzgün dəyərləndirərək, Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıram".

Tarix
2018.02.14 / 14:46
Müəllif
Könül Cəfərli
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla