Yuxarı

Azərbaycanda müstəqil muzdlu ordu… - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın peşəkar hərbçilərindən ibarət qrupun Suriyada savaşdığına dair çoxdan məlumat əldə etmişdim. “Vaqner” adlanan həmin qrup Rusiya Müdafiə Nazirliyinə tabe deyil, sadəcə, pula işləyirlər və Əsəd rejiminin xidmətindədirlər.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in fəaliyyətindən xəbərdar idi və buna mane olmurdu:

“Putin Amerika təcrübəsindən yararlanıb. ABŞ-da müxtəlif hərbiləşdirilmiş təşkilatlar var, dünyanın müxtəlif bölgələrindəki müharibələrində iştirak edir, pul qazanır və ölkələrində vergi ödəyirlər. İraq və Əfqanıstanda da bele şirkətlər az deyil. Bu cür fəaliyyətlərə normal baxıram. Peşəkar hərbçilər tərxis olunduqdan sonra yüksək maaşa hərbiləşdirilmiş şirkətlərdə çalışır və ölkələrinin maraqları olduğu bölgələrdə qanuni hakimiyyətin tərəfində savaşlarda iştirak edirlər. Onlara görə heç kim məsuliyyət daşımır, qərarı özləri verirlər”.

Politoloq qeyd edib ki, Azərbaycan da bu təcrübədən yararlana və müstəqil hərbi qurumun formalaşmasına qanuni lisenziya verə bilər:

“Yüksək qonorar müqabilində ermənilərə Dağlıq Qarabağ ərazisində qan uddura bilən müstəqil qruplar niyə də olmasın? Lazım olanda, onlar yüksək maaş və ailələrinin sığortası qarşılığında ən təhlükəli əməliyyatlara cəlb oluna da bilərlər”.

Tarix
2018.02.15 / 16:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla