Yuxarı

“Cənab hakim, siz rüşvətin verilməsi mexanizmini bilirsiniz”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Cənab hakim, siz rüşvətin verilməsi mexanizmini bilirsiniz”

Sabiq millət vəkili Gülər Əhmədovanın növbəti məhkəmə prosesi başlayıb.

Ağır Cinayətlər Məhkəməsində bu gün səhər saat 10.30-da başlayan proses hazırda da davam edir.

"Axar.az"ın əməkdaşının verdiyi xəbərə görə, keçmiş deputatın vəkili Əfsər Talıbovla məhkəmənin hakimi arasında "rüşvət" dialoqu keçib.

Gülər Əhmədovanın hüquqlarını müdafiə edən vəkil çıxış edən zaman belə bir ifadə işlədib: "Burda həddindən artıq qondarma və şişirdilmiş ittihamlar var. Cənab hakim, siz də, biz də yaxşı bilirik ki, rüşvətin verilməsi mexanizmi necə olur".

Əfsər Talıbov bu sözləri deyən zaman hakim ona etirazını bildirib:

"Sizi bilmirəm, mən rüşvətin verilməsi mexanizmini bilmirəm".

Bundan sonra Gülər Əhmədovanın vəkili çıxışına davam edərək Sevinc Babayeva ilə bağlı bir neçə fikir bildirib. O deyib ki, prokurorluq işçilərinin Sevinc Babayevanın ölənə qədər dindirilməməsi şübhəlidir:

" Nəyə görə Sevinc Babayevanın ölümünə qədər onun ifadəsi alınmayıb? Öləndən sonra onun adının hallanmasının nə əhəmiyyəti var"?

Tarix
2013.11.26 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla