Yuxarı

26 ildir isti evimdə üşüyürəm – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakaryada Ərənlər Bələdiyyəsi tərəfindən İLESAM-ın dəstəyi ilə “Tək millət, tək göz yaşı - Xocalı” adlı gecə keçirilib.

Axar.az xəbər verir ki, proqram çərçivəsində Ərənlər Bələdiyyəsi Mədəniyyət Mərkəzində şeir gecəsi də təşkil edilib. Tədbirdə Ərənlər bələdiyyə başqanı Cavid Öztürk 26 fevral 1992-ci il tarixinin dünya üçün qara ləkə olduğunu deyib:

“Fevralın 25-dən 26-na keçən gecə işğalçı erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinə giriş və çıxış yolları bağlanıb, nəticədə 613 soydaşımız qətlə yetirilib, 150 soydaşımız isə itkin düşüb. Ancaq dünya buna gözlərini, qulaqlarını bağladı. Soydaşlarımıza qarşı edilən bu soyqırımın acısı bizim ürəyimizdədir. Bu soyqırım heç bir zaman unudulmayacaq”.

İLESAM Sakarya təmsilçisi Yasmin Qorqud şəhidlərimizin xatirəsini yad edərək, Nedim Saatçıoğlunun qələmə aldığı “Türk doğuldum, türk ölərəm” adlı şeiri oxuyub.

Millət vəkili Qənirə Paşayeva isə tədbirdə duyğusal nitq söyləyib:

“Mən qışı heç sevmirəm, 26 ildir isti otağımda, evimdə belə üşüyürəm. Çünki 26 il öncə o gözəl Vətən torpağında işğalçı Ermənistan tərəfindən insanlıq əleyhinə cinayətlər törədildi. Qadın, uşaq, yaşlı fərq qoymadan insanlarımız qətlə yetirildi. Soyqırıma məruz qalaraq evlərindən qaçmaq istəyən vətəndaşlarımız özləri ilə bir şey götürməyə belə imkanları olmadı. Kimisi üstləri, ayaqları çılpaq Xocalının o soyuq, qarlı, buz kimi fevral gecəsində bir erməni gülləsiylə donaraq can verdi. Məhz o səbəbdən mən həmişə üşüyürəm”.

Deputat çıxışının ardından müəllifi olduğu “Şəhidim” şeirini oxuyub.

Tarix
2018.02.15 / 18:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla