Yuxarı

Eyyub Hüseynov: “Dövlət bu iki şirkətlə bacarmır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüflər olsun ki, bu iki şirkət qarşısında bütün dövlət orqanları gücsüzdür".

Bunu Axar.az-a Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri EyyubHüseynov aldadıcı kredit elanlarının artması ilə bağlı məsələləri şərh edərkən bildirib:

"Reklam vasitəsi ilə istehlakçıların aldadılması ilə bağlı tez-tez şikayətlərlə rastlaşırıq. Təxminən hər həftə 3-4 telefon zəngi daxil olur. Hələlik "Reklam Haqqında Qanun" qəbul edilməyib. Köhnə qanun isə yararsız vəziyyətdədir. İstehlak kreditlərinin verilməsində vətəndaşa sıfır faizli kredit deyib, içəridə başqa bir rəqəm təklif deyirlər. Burda digər bir məsələ əsas kredit şərtlərinin kiçik hərflərlə göstərilməsidir. Xüsusən də bu, avtomobil kreditlərində özünü büruzə verir. Şərtlər o qədər kiçik göstərilir ki, onu adi qaydada oxumaq olmur və iş məhkəməyə gedəndə lupa ilə baxıb istehlakçıdan məhkəmə vasitəsi ilə pul qoparırlar. Bank məsələlərində, endirim kampaniyalarında və istehlak kreditlərində belə hallar daha çox artıb".

Ekspert paytaxtda at oynadan şirkətlərin də adını açıqladı. Onun sözlərinə görə, bəzi şirkətlərlə nəinki alıcılar, hətta dövlət qurumları belə bacarmır:

"İstehlakçıların hüquqları haqqında Qanuna görə, bir sıra malları çıxmaq şərti ilə bütün mallar və xidmətlər geri qaytarıla biləndir. Lakin ayrı-ayrı şirkətlər bu məsələdə xüsusi mövqe göstərir və istehlakçılara şər atırlar. Məsələn, elə bu gün bir şikayət qəbul etmişəm. "Computex" deyilən texnika satış mağazası və "Avropa Qapıları"ndan daha çox şikayət var. Təəssüflər olsun ki, bu iki şirkət qarşısında bütün dövlət orqanları gücsüzdür. "Computex" şirkəti vətəndaşa bahalı telefon satır və həmin məhsul vətəndaşın tələbatını ödəmədikdə alıcı onu geri qaytarır. Telefonu satıcıya verəndə satıcı deyir ki, onda cızıq var. Sonra məlum olub ki, satıcılar özləri qəsdən cızırlar. Dükanlar "Qızıl zəmanət" verib 25 manat alırlar, amma verdikləri zəmanətə əməl etmirlər".
E. Hüseynov Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin kafi olmadığını deyir və hesab edir ki, bu qurum müstəqil olmalıdır:
"İstehlakçıların problemləri ilə maraqlanan xüsusi qurum var. Onlar müxtəlif reklamlarla əhalini maraqlandırmağa çalışır, bu, yaxşı haldır. Amma hesab edirəm ki, bu, müstəqil bir qurum olmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyinə tabe olmalı deyil. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müstəqil olması çox vacibdir. Yaxud da Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tabe olmalıdır. Əslində, xarici təcrübə də göstərir ki, bu, daha uyğun variantdır".

Xatırladaq ki, son zamanlar vətəndaşlar dükan və banklarda kredit götürdükləri zaman qarşılaşdıqları reklamla gerçəklik arasındakı uyğunsuzluqdan və kredit faizlərindən şikayət edirlər.

Tarix
2014.07.31 / 16:41
Müəllif
Nihat Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla