Yuxarı

Nurçuların binası əlindən alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurçuların binası əlindən alındı

Bakıda bağlanmış "Çag ögretim İşletmeleri" müəssisələrinin binaları dövlətin mülkiyyətidir və onun balansına qaytarılacaq.

Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, Bakı Özəl Türk Liseyinin binası istisna olmaqla, həmin binaların xeyli hissəsi icarəyə götürülüb: "Bakı Özəl Türk Liseyinin binasına gəldikdə, onun Qafqaz Universitetinə verilməsi haqqında təklif var. Bu barədə konkret qərar qəbul ediləcək".

Məmmədovun dediyi kimi, bağlanmış "Çag ögretim İşletmeleri" təşkilatının tədris müəssisələrinin binalarında olan əmlak Beynəlxalq Tədris Mərkəzinin ARDNŞ-nin idarəçiliyi altındadır] mülkiyyətidir: "Biz ondan gələcəkdə istifadə olunmasına dair qərar qəbul edəcəyik".

Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti və "Çag ögretim İşletmeleri" təşkilatının tədris müəssisələri bu ilin martında Beynəlxalq Təhsil Mərkəzinin tabeçiliyinə keçib. Bu mərkəzin tərkibində Türkiyə kurikulumu üzrə çalışan 11 "Çag ögretim" məktəbi və "Araz" kurslarının 13 filialı var idi.

Trend

Tarix
2014.08.04 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla