Yuxarı

Xəstə vətəndaşın torpağını başqasına satdılar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstə vətəndaşın torpağını başqasına satdılar - Foto

Ramana südçülük sovxozu ərazisində torpaq sahəsi alan vətəndaşın torpağını başqasına satıblar.

Axar.az-a müraciət edən Bakı sakini Səfərov Elməddin Mirzə oğlu fırıldaqla üzləşdiyini bildirib. E.Səfərov 2013-cü ilin martında Əliyev Qalib Mirzə oğlundan Ramana südçülük sovxozu ərazisində torpaq sahəsi alıb.

Şikayətçi deyir ki, Q.Əliyev həmin torpaq sahəsini alğı-satqı yolu ilə deyil, Bakı şəhər 9 saylı notariat kontorunda təsdiq edilən etibarnamə ilə verib. Həmin etibarnaməyə əsasən, E.Səfərov mülkiyyət üzərində sahiblik hüququ qazanmasa da, onu satmaq, istifadə etmək, icarəyə vermək və başqa hüquqlar əldə edib. Şikayətçi qeyd edir ki, ona etibarnamə ilə verilmiş həmin ərazini hasara alaraq içərisində tikinti işləri də aparıb.

Lakin səhhətindəki problemlərlə əlaqədar olaraq tikinti işlərini davam etdirə bilməyib. E.Səfərov sonradan əraziyə baş çəkərkən torpağın başqa bir adama satıldığının şahidi olub. Bir aya yaxındır aidiyyəti qurumlara üz tutan şikayətçinin işində bir nəticə yoxdur:

"Hər yerdə mənim aldadıldığımı və zərər çəkdiyimi bilirlər. Amma bir neçə nəfərə satılan ərazinin sahibi kimdirsə, deyəsən böyük adamdır ki, ona heç nə edə bilmirlər. Artıq məsələ ilə bağlı Prezidentə də müraciət etmişəm".

Tarix
2014.08.05 / 08:30
Müəllif
Nihat Cəbrayıl
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla