Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyun 2018


Bu universitetə yeni prorektor təyin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub.

Report xəbər verir ki, universitetin Xarici dillər kafedrasının müdiri, dosent Kamran Kazımov universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Kazımov Kamran Şahverən oğlu 1961-ci il mart ayının 8-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. Üç monoqrafiya, 8 proqram, 6 metodik vəsait, 60-dan çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan kimi xarici ölkələrin elmi jurnallarında dərc olunub. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanın Kursk Dövlət Texniki Universitetində, Həştərxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak edib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmiş və sertifikata layiq görülüb.

Tarix
2018.03.13 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şəxs ölkəyə güzəştlə nə qədər məhsul keçirə bilər?

İndi Türkiyədə dincəlmək daha ucuzdur

Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar

Prezident onun vəzifəsini təsdiqlədi - 4 sərəncam

Xırdalanda şəhid məzarlığı dağıdıldı: bələdiyyə isə... - Video

Tiflis-Bakı təyyarə reysi gecikir: problem... - Açıqlama

Nazirlikdən xəbərdarlıq: güclü külək, şimşək, yağış...

Bu ölkə ilə sərhəddə yeni gömrük-keçid məntəqəsi tikilir

FHN-dən Bakıdakı yanğınla bağlı - Açıqlama

Bir sutkada Sınıq Körpüdən 2209 maşın keçir

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla