Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyun 2018


Avropa ilə yüklərin daşınması... - General

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən milli seminar bu gün işini davam etdirib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, "Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək" mövzusunda təşkil olunan seminarın bugünkü iclasına biznes subyektləri cəlb edilib.

Xatırladaq ki, məqsəd seminar iştirakçılarını Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə məlumatlandırmaqdır.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib, ötən ilin dekabrında ölkənin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində qeyri-formal müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırıb. Sistemin faydaları barədə danışan Komitə sədrinin müavini bildirib ki, tam üzvlük statusu əldə olunduqdan sonra Avropa ilə ticarət zamanı sərhəd keçmə prosesi asanlaşacaq və yüklərin daşınmasına sərf olunan müddət azalacaq.

Tədbirdə ekspert qismində iştirak edən Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak Azərbaycana səfərindən və Dövlət Gömrük Komitəsilə önəmli bir layihə çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduğunu bildirib. Marian Çodak seminar zamanı nümayiş etdiriləcək təqdimatlar, sistemin əhəmiyyəti barədə də məlumat verib.

Seminarda Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak və Slovakiya RespublikasıMaliyyə Direktorluğunun Gömrük Bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna tərəfindən iştirakçılara əsas tranzit prosedurları - coğrafi əhatə dairəsi, tranzit gömrük prosedurunun məqsədləri, tranzit proseduru zamanı sadələşdirmələr, tranzit prosedurunun həyata keçirilməsi, NCTS-də elektron prosedurlar və digər mövzular barədə bilgi veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

Seminar bu gün başa çatacaq.

Tarix
2018.03.13 / 14:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şəxs ölkəyə güzəştlə nə qədər məhsul keçirə bilər?

İndi Türkiyədə dincəlmək daha ucuzdur

Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar

Prezident onun vəzifəsini təsdiqlədi - 4 sərəncam

Xırdalanda şəhid məzarlığı dağıdıldı: bələdiyyə isə... - Video

Tiflis-Bakı təyyarə reysi gecikir: problem... - Açıqlama

Nazirlikdən xəbərdarlıq: güclü külək, şimşək, yağış...

Bu ölkə ilə sərhəddə yeni gömrük-keçid məntəqəsi tikilir

FHN-dən Bakıdakı yanğınla bağlı - Açıqlama

Bir sutkada Sınıq Körpüdən 2209 maşın keçir

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla