Yuxarı

Azərbaycan daha bir zabitini itirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan daha bir zabitini itirdi

Dünən anasının adından Azərbaycan mediasına müraciət edərək, müalicəsi üçün kömək istəyən ağır xəstəliyə tutulmuş mayor Rəşid Nəbi oğlu Məmmədov bu gün vəfat edib.

Bu barədə Modern.az saytına mərhum zabitin yaxınları məlumat veriblər.

Bildirilib ki, Göygöldəki Rəsulzadə küçəsində kirayə mənzildə yaşayan Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil edə bilmədiyindən, cənazəni Əbləh kəndinə apararaq, orada dəfn ediblər.

Qeyd edək ki, həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində olmuş mayor Rəşid Məmmədov xərçəng xəstəsi idi.

Onun anası Səriyyə Məmmədova oğluna kömək göstərilməsi üçün dünən ölkə mediasına müraciət etmişdi.
Müraciətdə bildirilirdi ki, "N" saylı hərbi hissəsinin mayoru R.Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək, geri çağrılıb. "Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalıymış. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti ödənilmədi"-deyə S.Məmmədova bildirmişdi.

Tarix
2014.08.05 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla