Yuxarı

Azərbaycana ən çox hansı ölkədən turistlər gəlir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtında Moskva Beynəlxalq Səyahət və Turizm sərgisinin (MİTT) açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Ekspotsentr" Mərkəzi Sərgi Kompleksində keçirilən sərgidə Azərbaycan ayrıca stendlə təmsil olunur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizi 30-dan çox şirkət təmsil edir. Bunlar arasında ölkəmizin turizm agentlikləri, beş ulduzlu otelləri və sağlamlıq mərkəzləri yer alıb.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin və sərgidə təmsil olunan şirkətlərin və qurumların nümayəndələri iştirak ediblər.

Budəfəki sərgi Azərbaycanı təmsil edən stendlərə böyük marağın olması ilə yadda qalıb. Belə ki, bu ilki sərgidə Naftalanın sağlamlıq-müalicə turizmi imkanlarını nümayiş olunduğu stend yaradılıb. Naftalandan gələn həkimlər sərgi iştirakçılarının suallarını cavablandırıblar.

Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da nümayiş olunub. Bundan başqa sərgidə İçəri şəhər dövlət tarix və memarlıq qoruğu öz suvenir məmulatlarını nümayiş etdirib

Sərgi çərçivəsində turizm sahəsi üzrə dünyanın bir sıra nüfuzlu ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar. Ekspertlərin sözlərinə görə, son illər Azərbaycan region ölkələri arasında ən çox turist cəlb edən ölkə olub. Azərbaycanda gələn turistlərin sayı 60 faiz artıb. Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yerdə isə Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, Moskva Beynəlxalq Səyahət və Turizm sərgisi martın 15-dək davam edəcək.

Tarix
2018.03.14 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla