Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Soros İsmayılova prezidentlik təklif edib? - İş adamı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aslan İsmayılov yalnız məndən deyil, hər kəsdən bir şey istəyir – pul, Şantajla, böhtanla istəyinə nail olmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış iş adamı, Xəmsə MMC-nin sahibi Mürvət Həsənli “Yeni Müsavat” qəzetinə verdiyi geniş müsahibədə bildirib.

İş adamı M.Həsənli deyib ki, Azərbaycanda minə yaxın vəkil var, ancaq onlar arasında ilk onluqda olan vəkillərin heç birinin Aslan İsmayılov kimi imkanları yoxdur:

“Mənim Aslan İsmayılovla qarşılıqlı yazışmalarım yoxdur. Onun ittihamlarına, böhtanlarına cavablarım olur. İnanın ki, onları yazmaq, onun dediklərinə cavab vermək mənim çox vaxtımı alır. Vaxt mənim kimi iş adamları üçün çox qiymətli amildir. Onu məcburən də olsa, Aslan İsmayılovun böhtanlarına cavab verməyə ayırmağa heyfim gəlir, amma dediyim kimi, mən buna məcbur oluram. Onun haqqımda yazdığı silsilə yazılara bir cavabım var: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

Amma Aslan İsmayılov deyir ki, elə bir qərarı tanımır və icra etməyəcək. Təsəvvür edin də, hüquqşünas olan, vəkillik edən bir şəxs deyir ki, məhkəmənin qanuni hökmünü tanımır, ona əməl etməyəcək”.

M.Həsənlinin sözlərinə görə, A.İsmayılov şantajla özünə villa, maşınlar əldə edib:

“Baxın, o adam gəldi mənimlə görüşməyə. Dedi ki, qarşı tərəf – erməni şirkəti olan “Emre Pılıç” mənə bu iş üçün 200 min dollar verir. Sən o pulu ver, mən bu işə qarışmayım. Ancaq pul vermədim. Niyə verməliydim ki?! Mənim erməni şirkəti hesab etdiyim “Emre Pılıç”la münaqişəm məhkəmə qaydasında həll olunurdusa, işə hüquqi müstəvidə baxılırdısa, mən niyə ona pul verməliydim? Bu adam Milli Məclisin yarısı ilə düşməndir, müxalifət partiyaları ilə vuruşur, ictimai-siyasi nüfuzu olan hər kəslə vuruşur. Azərbaycanda minə yaxın vəkil var. O minə yaxın vəkilin arasında ilk onluqda olan vəkillərin heç birinin Aslan İsmayılov kimi imkanı yoxdur. Dənizin sahilində villası, 3-4 maşını, başqa-başqa işləri. Bu adam əldə etdiklərinin vergisini ödəyibmi? Mən iş adamı olaraq qazandığım hər manatın vergisini verirəm. Bu adam ödəyibmi vergi? Əlbəttə, xeyr. Onunla-bununla dava edib ortada pul qazanmağa çalışır. Bu yaxınlarda Azər Həsrətlə dalaşdı, Elçin Mirzəbəyli ilə, Siyavuş Novruzovla dalaşdı”.

Vəkil dəfələrlə iş adamına bildirib ki, Corc Soros ona 3 dəfə prezident olmağı təklif edib:

“İlk görüşümüzdə mənə də psixoloji təsir etməyə çalışdı: “Mən Amerikada oxumuşam, mənimlə oxuyanlar Saakaşvilidir, Gürcüstanın parlament sədridir. Mənə 3 dəfə Azərbaycan prezidenti olmaq təklif edilib”.

Özünün dediyinə görə, Corc Soros təklif edib. Dedi ki, guya ona “Milyarderlər İttifaqı”ndan təklif gəlib və sair.

A.İsmayılov konkret olaraq mənim maşınımda məndən 200 min dollar istədi... Bu adam gündəmdə qalmaq üçün harada balaca narazılıq olursa, dərhal reaksiya verir, müzakirə açır. Özünü sosial bazası olan adam kimi göstərməyə çalışır”.

Tarix
2018.03.14 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

MN açıqladı: 240 hərbi texnika, 70 uçuş vasitəsi ilə...

İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı

PA-da 6 yeni sektor yaradıldı - Prezidentdən sərəncam

Prezidentdən Naxçıvanda şəhid olan əsgərlə bağlı - Sərəncam

Bakıda yeni qadağa: polis və icra proses başlatdı

Prezidentdən Zakir Həsənovla bağlı - Sərəncam

Daşkəsəndə təbii fəlakət: başçı hadisə yerində - Video

İlham Əliyev onlara general rütbəsi verdi - 2 sərəncam

FHN-dən məşhur restorandakı yanğında bağlı - Açıqlama

Dəhşətli istilər başlayır: 42 dərəcə... - Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla