Yuxarı

“Bu, düşmənlərin qarayaxma kampaniyasını alt-üst edəcək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək VI Qlobal Forum Azərbaycana qarşı indiyə qədər dünya miqyasında üzdəniraq düşmənlərin apardığı qarayaxma kampaniyasını alt-üst edəcək, bura gələn dünya miqyaslı liderlər Azərbaycanla bağlı ən xoş təəssüratla ayrılacaqlar.

APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O qeyd edib ki, foruma dünyanın tanınmış simaları, siyasətçiləri toplaşır və maraqlı mövzular ətrafında müzakirələr aparılacaq: "Buradan ayrılan dünya liderləri qarayaxma kampaniyasının əksinə olaraq Azərbaycanın demokratik, inkişaf etmiş nümunəvi ölkə olması təəssüratı ilə ayrılıb dünyada təbliğ edəcəklər. Ən əsası da odur ki, biz burada dahi Azərbaycan şairi Nizami Gəncəvini Sovet dövründəki təbliğatdan fərqli formada təqdim edəcəyik. Onun eyni zamanda siyasətçi, dövrünün böyük ictimai xadim olduğu da təbliğ ediləcək".

Qeyd edək ki, martın 15-17-də Bakıda VI Beynəlxalq Qlobal Forum keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrinin prezidentləri, sabiq prezidentlər, hökumət başçıları və siyasətçilər toplaşır.

Tarix
2018.03.14 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla