Yuxarı

Müdafiə Nazirliyi: Tərxis olunanların sayı azalıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyi: Tərxis olunanların sayı azalıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi xidmətə çağırılanların dərinləşdirilmiş müayinəyə cəlb olunması və hərbi xidmətə yararsız olan 205 nəfər çağırışçının geri qaytarılması nəticəsində, çağırışçıların ilkin tibbi müayinəsində yol verilmiş səhvlərə görə tərxis olunanların sayı cari ilin 6 ayında 38 faizə qədər azalıb. Hazırda gənc əsgərlərin arasında xəstələrin seçilməsi davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

N.Əliyevin sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi həkim kontingenti qarşısında əsas tövsiyə və tələbi ondan ibarətdir ki, sırada dayanan hərbi qulluqçu sağlam olmalıdır. Əgər hərbi çağırışçıda patologiya aşkar edilibsə, ona orduya tam yararlılığı sübut edilənə qədər hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Bu məqsədlə ordu birliklərində gənc əsgərlərin təkrar tibbi müayinədən keçirilməsi tərəfimizdən təmin edilir. Hər bir əsgər müasir flüoqrafiya aparatından, bundan əlavə elektrokardioqrafiya və ultrasəs müayinəsindən keçir. Terapevt, cərrah, psixo-nevroloq, stomatoloq, laborant, rentgenoloq və s. ixtisaslar üzrə həkim heyəti gənc əsgərin hərbi xidmətə yararlığına əmin olduqdan sonra həmin əsgər ordumuzda hərbi xidmətə qəbul edilir".

İdarə rəisi qeyd edib ki, burada əsas yalnız sağlam gənclərin Azərbaycan Ordusunda xidmətini təmin etməkdir: "Azərbaycan müharibə şəraitindədir və düşmənlə təmas xəttində yerləşən hərbi bölmələrin şəxsi heyəti ağır coğrafi iqlim şəraitində döyüş tapşırıqlarını icra edir. Məhz belə şərait yalnız sağlam və mənəvi-psixoloji baxımdan hazırlıqlı əsgərlərin hərbi xidmətə cəlb edilməsini sövq edir".

Trend

Tarix
2014.08.06 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla