Yuxarı

Turistlər Bakını necə dəyişir? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəni dünyaya açmaq, dünya ilə iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək vacib amildir.

Axar.az xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib. Ekspertin sözlərinə görə, turizm təkcə gələnlərdən qazanc məsələsi deyil, həm də özünün başqalar ilə real rejimdə müqayisəsidir:

“Yəni rəqabətdir. Əvvəlcə uduzduğunu görüb pessimist fikirlərə də qapıla bilirsən. Ancaq öz üzərində çalışıb bir azdan digər xalqların nümayəndələri ilə bu və ya digər sahələrdə bərabərləşdiyini və hətta irəli keçdiyini də nümayiş etdirməyin mümkündür. 2015-ci ildən turistlərin Azərbaycana axını başladı. Başlayan kimi də yerlilər onları neqativlə qarşıladı. Buna baxmayaraq, bu şəxslər turistləri addımbaşı imkan düşdükcə aldadıb xeyli qabağa düşürdülər. Həmin vaxtdan cəmi 3 il keçib. Artıq Fəvvarələr meydanındakı ən bahalı restoranlar girişdə menyu və qiymətlər asmağa başlayıb. Nizami küçəsində də mənzərə eynidir. Bu yerlərə baxdıqda insanlar özlərini Praqada, ya da Türkiyədə zənn edir”.

Ekspert bildirib ki, hazırda Vətən kinoteatrından Qış Bulvarına qədər olan sahə bütünlüklə restavrasiya olunur və cəmi 1 il sonra yeni turizm məkanına çevriləcək:

“Cəmi bir "beşilliyə" bu sahədəki uğurlar iqtisadiyyatın digər sektorlarını kölgədə qoyur. Çünki burada monopoliya o səviyyədə deyil, bir xeyli adam dolanmaq imkanı əldə edir, gəlir bölünür”.

Tarix
2018.04.16 / 12:01
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla