Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2019


Səfirimiz Qətərin nəqliyyat naziri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qətər səfiri Rəşad İsmayılov Qətərin Nəqliyyat və Rabitə naziri Cassem bin Saif əl-Sulaiti ilə görüşüb.

Axar.az xəbər verir ki, tərəflər görüşdə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarını müzakirə ediblər.

Səfirimiz görüş zamanı Cassem bin Saif əl-Sulaitiyə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə məlumat verib.

R.İsmayılov ötən ilin oktyabrında açılış mərasimi baş tutan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunun artmasına diqqət çəkib. Səfir həmçinin, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlərdən danışıb.

Tarix
2018.04.16 / 14:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yeni rəhbər AzTV-də kadr islahatlarına başladı

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlandı

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı

Azərbaycanlı bayker faciəvi şəkildə öldü

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet!

Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - Video

Bakıda obyekt 4 minə hərraca çıxarıldı, 10 minə satıldı

Bakının taxta bazarında böyük yanğın

Azərbaycanda maye qaz bahalaşdı - Video

Bakıda vəzifəli şəxsin arvadı qəzaya düşdü

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla